Another Part of Me

"Another Part Of Me"
Maykl Cekson tərəfindən Bad albomunda ifa olunmuş sinql
Yayımlanma tarixi 11 iyul, 1988
Format sinql
Janr R&B, Pop, Funk
Dil ingilis dili
Müddət 3:54 (albom versiyası)
3:46 (sinql mix)
6:18 (12" edit)
Prodüser Maykl Cekson, Quincy Jones
Bəstəkar Maykl Cekson
Sözlərin müəllifi Maykl Cekson
Studiya Epic Records
Maykl Cekson sinqllarının xronologiyası
""Dirty Diana""
(1988)
""Another Part Of Me""
(1988)
""Smooth Criminal""
(1988)
Audio nümunəsi
Fayl haqqında məlumat

Another Part Of MeMaykl Ceksonun 1987-ci ildə çıxardığı yeddinci solo albomu – Bad albomundan olan sinql. Mahnı sinql kimi 1988-ci ildə satışa çıxarılmışdır. Mahnının prodüserliyini ifaçıyla yanaşı Quincy Jones etmişdir. Əslində mahnı ilk dəfə 1986 – cı ildə Captain EO 3-D filmi üçün ifa edilmişdir. 1988 ci il 11 iyul tarixində mahnı sinql kimi satışa çıxarıldıqdan sonra isə Michael Jackson's Moonwalker video oyununda da soundtrack kimi istifadə edilmişdir.

Mahnı daha çox 1988-ci ildə çıxan Moonwalker filminin tanıtımı üçün çıxarılmış xarakteri daşıyır. Həmçinin mahnı Grand Theft Auto: Episodes from Liberty City video oyununda da maşında, Vice City FM radio dalğasında səslənən mahnı kimi istifadə edilib.

2009-cu ilin iyulunda Madonna “Sticky & Sweet Tour” turunun ikinci hissəsində mahnının bir hissəsini istifadə etmişdir.[1] Cekson imitatoru Cekson mahnılarının popuri rəqsi zamanı mahnıdan istifadə etmişdir.[2]

“Bad” albomunun 2001-ci il xüsusi buraxılışı üçün verdiyi müsahibədə Kuinsi Cons qeyd edir ki, “Cekson "Another Part of Me" yerinə "Streetwalker" mahnısını yayımlamaq istəmişdir. Lakin, menecer Frenk DiLeonun mahnının sədaları altında rəqs etməsini gördükdən sonra məhz "Another Part of Me" mahnısını alboma daxil etmişdir.”Streetwalker” mahnsısı isə 2001-ci ildə Bad albomunun 25 illik yubiley buraxılışına daxil edilmişdir.

  1. Rodriguez, Jayson. "Madonna Salutes Michael Jackson At London's O2 Arena - Music, Celebrity, Artist News". MTV. Viacom International. July 5, 2009. November 6, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2015.
  2. Saad, Mardeen. "Madonna pays tribute to Michael Jackson in concert". MTV. Viacom International. Associated Press. July 5, 2009. (#accessdate_missing_url)

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy